test

Tuesday, August 21, 2012

Texniki baxış

Avtomobilə təhlükəsizlik sistemi 2 cür olur: aktiv və passiv təhlükəsizlik sistemi. Aktiv təhlükəsizlik sistemi qəzanı önləmək üçün olan sistemdir. Bu sistemə əyləc sistemi aiddir, sükan mexanizmi aiddir, ABC sistemi aiddir,ESP sistemi aiddir, trekşn Kontrol aiddir,BAS aiddir.
Passiv təhlükəsizlik sisteminə isə qəza baş verdiyi anda ziyanı minimuma çatdırmaq üçün olan sistemlərə aiddir. 

Bu avtomobilin kuzasının konstruksiyasından tutmuş, kəmər, hava yastıqları və digər elementlər aiddir. Məsələn zərbə anında avtomobil şüşələrinin xırda hissələrə bölünməsi də passiv təhlükəsizlik sisteminin bir elementidir. Məişət şüşələri sindiqda təhlükəli kəsici bucaqlar əmələ gətirirlər. Avtomobil şüşələri isə elə hazırlanır ki sındıqda xırda hissələrə parçalanır və kəsici bucaq əmələ gətirmirlər. 
İndi isə bu sistemlər haqqında detallı danışaq.

ABC sistemi təkərin bloklamasının qarşısını alır.Təkərlər bloklananda əyləc məsafəsi uzanır və avtomobili idarə etmək mümkün olmur. Bu zaman maşın bizim sükanı döndərməyimizə baxmayaraq ya getdiyi yolu düz gedir ya da təkərlərin bloklanmasının eyni və ya müxtəlif anlarda baş verməsindən asılı olaraq müxtəlif bizim istəmədiyimiz istiqamətlə hərəkət edir və qəza vəziyyəti yaranır.

ESP sistemi elekttrik stabilləşdirmə proqramıdır. Avtomobillərin yoldan 2 cür traektoriyadan yayınması mümükündür. Tutaq ki biz avtomobili sürürrük və qəfildən bizə avtomobili sərt döndərmək lazım gəldir.Təcrübəli sürücülər bilir ki, sükanı həddən artıq döndərəndə qabaq təkərlər sürüşdüyünə görə avtomobil lazımı qədər dönmür. Belə halda ESP arxa təkəri əyləcləyərək dönməni təmin edir. Əgər həddən artıq dönmə sayəsində qabaq təkərər dönüb arxa təkərlər sürüşsə ESP qabaq təkərləri əyləcləyərək arxanın sürüşməsinin qarşısını alır və təhlükəni sovuşdurur. Bu sistem qışda xüsusilə lazımlı olur.

Trekşn kontrol sistemi- təsadüfən suya, palçığa, Qara düşdükdə və ya qəfil sürətlənmə anında təkərlərin hansısa biri öz yerində fırlanır və avtomobil hərəkət etmir. Bunun qarşısını almaq üçün trekşn kontrol sistemi fəaliyyətə başlayır və mühərrikə xəbər verirki gücü azaltmaq lazımdı və boşuna fırlanan təkərləri əyləcləyərək avtomobili dartır.

Thursday, August 16, 2012

SUV Seqmentininin yaradıcısı Chevroletdən heyran edici yenilik





  • Chevroletin güclü SUV ənənəsinin ən yeni modeli
  • Müasir və cazibədar daxili və xarici dizayn
  • 1.4L 140hp turbo benzinli və 1.7L 130hp turbo dizel mühərrik variantları
  • Chevrolet MyLink interaktiv məlumat-əyləncə sistemi
  • Üstün təhlükəsizlik standartları
Chevrolet, 77 il əvvəl satışa təqdim etdiyi Suburban Carryall ilə başlayan SUV ənənəsindəki iddiasını Yeni Chevrolet Trax ilə davam etdirir. Trax, dünya premierini 27 Sentyabr 2012 tarixində Paris Avtomobil Sərgisində edəcək. Sürətlə böyüyən kiçik SUV seqmentindəki Yeni Chevrolet modeli olan Trax, müvəffəqiyyətini sübut etmiş Captiva ilə birlikdə Chevroletin təqdim etdiyi SUV avtomobillər arasındakı yerini qürurla davam etdirəcək.

Chevrolet Avropanın Başçısı Susanıl Docherty: "Chevrolet dünyada keyfiyyətli və etibarlı SUV avtomobilləri ilə tanınır. Chevroletin ənənəvi olaraq sahib olduğu bütün dəyərləri özündə birləşdirən Yeni Chevrolet Trax, müasir və çox istiqamətli olmasından başqa ekonomik yanacaq sərfiyyatına sahibdir. Yeni Trax, həm minik avtomobili xatırladan yol tutmu, həm də SUV xüsusiyyətlərinə sahib kiçik bir avtomobildir.

Wednesday, April 4, 2012

Chevrolet Haqqında


Chevrolet 140-dan çox ölkədə, illik dörd milyondan çox avtomobil satışı ilə General Motorsun ən böyük qlobal markasıdır. 
Satış sayına görə dördüncü böyük beynəlxalq avtomobil markası olan və eyni zamanda dünyanın ən sürətli böyüyən markalarından biridir.