test

Thursday, August 16, 2012

SUV Seqmentininin yaradıcısı Chevroletdən heyran edici yenilik





  • Chevroletin güclü SUV ənənəsinin ən yeni modeli
  • Müasir və cazibədar daxili və xarici dizayn
  • 1.4L 140hp turbo benzinli və 1.7L 130hp turbo dizel mühərrik variantları
  • Chevrolet MyLink interaktiv məlumat-əyləncə sistemi
  • Üstün təhlükəsizlik standartları
Chevrolet, 77 il əvvəl satışa təqdim etdiyi Suburban Carryall ilə başlayan SUV ənənəsindəki iddiasını Yeni Chevrolet Trax ilə davam etdirir. Trax, dünya premierini 27 Sentyabr 2012 tarixində Paris Avtomobil Sərgisində edəcək. Sürətlə böyüyən kiçik SUV seqmentindəki Yeni Chevrolet modeli olan Trax, müvəffəqiyyətini sübut etmiş Captiva ilə birlikdə Chevroletin təqdim etdiyi SUV avtomobillər arasındakı yerini qürurla davam etdirəcək.

Chevrolet Avropanın Başçısı Susanıl Docherty: "Chevrolet dünyada keyfiyyətli və etibarlı SUV avtomobilləri ilə tanınır. Chevroletin ənənəvi olaraq sahib olduğu bütün dəyərləri özündə birləşdirən Yeni Chevrolet Trax, müasir və çox istiqamətli olmasından başqa ekonomik yanacaq sərfiyyatına sahibdir. Yeni Trax, həm minik avtomobili xatırladan yol tutmu, həm də SUV xüsusiyyətlərinə sahib kiçik bir avtomobildir.

No comments:

Post a Comment